Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi Nərimanov rayonunda uşaq əməyi ilə bağlı Dövlət Əmək Müfəttişliyinin regional nümayəndələri, yetkinlik yaşına çatmayanlarla işləyən polis inspektorları, yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları üçün təlim keçirib.
Teleqraf.com saytı xəbər verir ki, təlimdə Nərimanov, Səbail, Nəsimi, Yasamal, Xətai, Binəqədi, Sabunçu, Suraxanı, Cəbrayıl rayonları üzrə əmək müfəttişləri, polis inspektorları, icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyalarının əməkdaşları iştirak edib.
Təlim zamanı Komitənin Uşaq Problemləri şöbəsinin əməkdaşları- Pərviz Əliyev və Fərid Ədilov uşaq əməyinin istismarı ilə mübarizədə beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi, həmçinin problemin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə ilə bağlı təqdimatlar etib, problemlə bağlı müzakirələr aparılıb. Sonda təlim iştirakçıları mövzu ilə bağlı öz təklif və tövsiyələrini bildirib.
İlhamə