4 Sentyabr 2014 11:39
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Milli Peyk Operatoru “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti informasiya texnologiyalarının təchizatı ilə bağlı iki müqavilə imzalayıb.

Teleqraf.com saytı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, müqavilələr yerli "Bestcomp Group" və “Maybo” şirkətləri ilə bağlanılıb.

Ümumi dəyəri 49 min manata yaxın olan “Bestcomp Group” şirkəti ilə imzalanan müqavilə “Azərkosmos”un kompyuter avadanlıqları ilə təchiz edilməsini nəzərdə tutur.

“Azərkosmos”un “Maybo” şirkəti ilə bağladığı müqavilə Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin yerüstü sistemləri üçün ehtiyat avadanlıqlarının satın alınmasını ehtiva edir.
Müqavilənin ümumi dəyəri 49 min manat civarındadır.

İlhamə


Müəllif:

Oxşar xəbərlər