Qış fəslində qidalanma insan orqanizmini vitamin və antioksidant deposunu azaldır, çünki yediyimiz qidaların tərkibində vitaminlər az olur, bədənimiz necə deyərlər vitaminsizləşir.
Teleqraf.com xəbər verir ki, bu barədə tanınmış xalq təbabəti mütəxəssisi Fizuli Huseynov bildirib.
Onun sözlərinə görə, yazda təzə tər bitən bitkilərdən qidalanma orqanizmin balansını qoruyur, bədənin xəstəliklərə və xarici mühit təsirlərinə davamiyyətini artırır. Yazda insan oğlu üçün böyük Allahımız 1001 nemət bitirir. Bunlardan mütləq istifadə etməliyik.
Əməkömənci: Azərbaycanın bütün regionlarında, hətta Bakıda hər addım başı rast gəlmək olur, çox dadlı şorbası olur, qutab da bişirə bilərsiniz. Tərkibində maldivin adında maddə çox güclü bir mikroböldürücüdür. Ağız boşluğu, ağ ciyər xəstəlikləri, mədə-bağısaq səpmələrində olduqca faydalıdır.
Gicitkən: Bütün bazarlarda təzə yarpaqları satılır, təzə yarpaqları ilə revmatizm xəstəliyində ayaqları döymək çox faydalıdır. Təzə yarpaqlarını 5-6 saat suda saxlayandan sonra şirəsini çəkib səhər ac qarına içmək bədən üçün çox şəfalıdır. Qan azlığını götürür, xərçəng olmaqdan qoruyur, hətta xərçəng şişlərini balacalaşdırır. Tərkibi başdan-başa Mendeleyev cədvəlidir, insanda yeni qan əmələ gətirir.
Təzə sarımsaq: Yaşıl sarımsaq tərkibinə görə baş sarımsaqdan çox-çox zəngindir. Çox güclü bir baktriosit və şişlər əleyhinə təsiri vardır, şirəsini çəkib limon şirəsi ilə qarışdırıb ac qarına içilməsi xərçəng xəstələri üçün çox faydalıdır. Çox güclü bir qurdqovucudur, yeməklərlə yeyilməsi bədəndən bütün qurdların, əsasən lyambliyaların tökülməsinə səbəb olur.
Qulançar: Qulançarın tərkibində zəngin U vitamini vardır. U vitamini mədə-bağısaq yaralarında, qastritlərdə, kolitlərdə çox faydalıdır. Qulançar hamilə xanımların çox sevdiyi yemək olmalıdır, çünki tərkibində zəngin fol turşusu vardır. Qan yaranmaya təsir edərək yeni qan yaradır. Zəngin A vitamini olduğundan gözlərə çox xeyirlidir. Böyrək soyuqdəymələrində yeyilməsi faydalıdır, qulançarı azca qovurub yeyə bilərsiniz.
Cincilim: Yaz ayının vazkeçilməz bitkisidir, əla bir qutabı olur, tərkibində demək olar bütün vitaminlər var. Cincilim çayından yarım stəkan içən kimi mədə qıcqırmasını götürür, mədə bağırsaq üçün olduqca faydalıdır, qaraciyərin dostudur desək yanılmarıq, qaraciyərin çatışmazlığı nəticəsində artmış olan bütün fermentləri zaman-zaman azaldır. Tərkibində yod olduğundan qalxanabənzər vəz çatışmazlığında içilməsi faydalıdır. Axşam çayının içilməsi əsəbləri sakitləşdirir, yaxşı yuxuya səbəb olur. Bu bitkini mütləq uşaqlarınıza yedizdirin.
Yarpız: Yazın daha bir vazkeçilməzi yarpızdır. Yarpızı yığın, balaca-balaca doğrayın, yumurta ilə kükü bişirin və ya içdiyiniz çaya qarışdırıb için, çox yaxşı bir köpqovucudur. Bədəni rahatladır, əsəbləri sakitləşdirir, çox yığıb qurudun bütün il boyu əsəbsakitləşdirici çay kimi içə bilərsiniz, gözəl ətri olur.
Reyhan: Göyərti olmasına baxmayaraq həm də əla bir dərman bitkisidir. Əla bir kompotu olur, yeməklərlə bir yeyilməsi yeməyi rahat həzmə verir, bağırsaqları çalışdırır, ürəyi qidalandırır. Tərkibində zəngin vitaminlər var, iştahı açır. Peyğəmbərimiz (əlyhisəlam) reyhan haqqında belə demişdir: “Reyhan çiçəyi kimə verilsə mütləq alsın, qoxusu gözəldir. Bədəndəki ödəmləri (su şişməsini) götürür, böyrəkləri təmizləyir. Ətri cinsi istəyi artırır.”
Şomu: İsbanağın bacısıdır deyə bilərik. Yabanı şomu can dərmanıdır, bu bitkidə o qədər vitamin, mineral vardır yazsam bir vərəq belə tutmaz, bol-bol yeyin, əla bir qutabı olur, qışdan çıxmış zəif orqanizmlər uşaqlar üçün başdan-başa şəfadır.