Yazıçı Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı Fransada çap olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə yazıçının özü məlumat verib.
Şərif Ağayar bildirib ki, roman Fransanın Strasburq şəhərində fəaliyyət göstərən “Kapaz” nəşriyyatında nəşr olunacaq:
“Roman elm və ədəbiyyat adamlarından ibarət 5 nəfər peşəkar ekspertin dördündən müsbət rəy alıb. Əsərin tərcümə prosesi yaxın günlərdə başlayacaq”.
Müəllif əsərin ən nüfuzlu mükafatlara təqdim ediləcəyini də deyib.
Şərif Ağayar imzası mart ayında Strasburqda təqdimatı keçirilən “Azərbaycan ədəbiyyatı antologiyası” kitabından diqqəti cəlb edib.
Strasburq Universitetinin filologiya fakültəsinin dekanı Jan Pol Meyer Azərbaycan Dövlət Tərcümə Mərkəzinin tərtib etdiyi almanaxa daxil edilən “Şeqlov üsulu” hekayəsi haqqında yüksək sözlər deyib və bundan sonra nəşriyyat müəllifə müraciət edərək əsərlərini istəyib.