“Business Insider” nəşri hazırda əlçatan olan və ya yaxın aylarda satışa çıxarılacaq 20 ən yaxşı smartfonun adını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, “OnePlus 6T” qurğusu ən yaxşı smartfondur. Bu cihaz bütün müasir funksiyalara, həmçinin simsiz enerjidoldurma texnologiyasına, yaxşı kameraya malikdir və su keçirmir, ancaq qiyməti eyni funksiya ilə təchiz edilmiş cihazların əksəriyyətindən xeyli aşağıdır.
“Samsung” şirkəti tərəfindən bu yaxınlarda təqdim edilmiş “Galaxy S10e” smartfonu ikinci yeri tutub. Sözügedən cihaz əla ekran, barmaq izi datçikilə təchiz edilib və qiyməti qabaqcıl “Galaxy S10” aparatından ucuzdur.
ABŞ-ın “Apple” şirkətinin “iPhone XR” cihazı üçüncü yerdə qərarlaşıb. Nəşrin müəlliflərinin sözlərinə görə, bu smartfon daha aşağı təsvir ölçülü maye kristal ekrandan başqa “iPhone XS” cihazından heç nə ilə fərqlənmir, amma qiyməti bahadır.
“Samsung” şirkətinin “Galaxy S10 Plus” və “Galaxy S10” aparatları ilk beşlikdə yerləşiblər.
Reytinqə, həmçinin yaxşı kameralarla təchiz edilmiş və “Google” korporasiyası tərəfindən “Android” üçün çıxarılmış yeniləmələri birinci alan “Pixel 3” və “Pixel 3 XL” aparatları, “Samsung Galaxy Note 9”, “iPhone XS”, “iPhone XS Max”, “Samsung Galaxy S9 Plus” və “iPhone X” qurğuları daxil ediliblər.
“Apple iPhone 7” və “7 Plus”, “iPhone 8 Plus”, “iPhone 8” və “Samsung Galaxy S9” kimi köhnə modellər ən yaxşı qurğular kimi elan ediliblər.
Həmçinin “Huawei Mate 20 Pro”, “Razer Phone 2”, “LG V40”, “Moto G7”, “LG G8” və düyməli “BlackBerry Key2” smartfonları reytinqdə yer alıblar.