4 Sentyabr 2014 14:59
1 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycaı tanı” mövzusundakı layihəyə əsasən hazırlanmış “Azərbaycanın cənub rayonlarının tədqiqi və təbliği” adlı qısa ensiklopedik toplu nəşr edilib.

Teleqraf.com-a Gənclər Fondundan daxil olan xəbərə görə, nəşrdə məqsəd informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələdə Azərbaycanda gənclərin elmi-mədəni, təhsil və digər sahələrdə daha fəal iştirakını və onlara Azərbaycanın cənub rayonlarının tanıdılmasının informasiya təminatı problemini həll etməkdir.

Hazırlanan toplunun ideyası ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasından ibarətdir. Nəşrin məqsədi yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi istiqamətində onlara mənəvi və psixoloji təsirin göstərilməsi, gənclərimizdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi, qəhrəmanlıq nümunələrinin onlar arasında təbliği, gənclərin Azərbaycanın cənub bölgəsinin milli-mədəni irsi və tarixi haqqında geniş məlumatlandırılmasıdır.

NİGAR


Müəllif:

Oxşar xəbərlər