23 Aprel 2019 21:03
1 570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Komersiya fəaliyyəti ilə məşğul olan şəxslər ölkəyə mal gətirməzdən əvvəl qısa idxal bəyannaməsi təqdim etməli olacaqlar.

Teleqraf.com-un Xəzər Xəbər-ə istinadən məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarinda dəyişiklik edilib.

Öncədən qısa bəyyannamə təqdim etməyənlər isə cərimələnəcəklər.

Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər də öncədən bəyannamə təqdim etməlidir. Həmin şəxsin hansısa bir malı gətirərkən onu hansı məqsədlərlə istifadə edəcəyi araşdırılacaq. Əgər satış məqsədi ilə gətirilən məhsul barədə fiziki şəxs öncədən bəyannamə təqdim etməyibsə o vəzifəli şəxs kimi cərimələncək.

Elektron formada qısa gömrük bəyannaməsi Egov.az saytı vasitəsi ilə həyata keçirilir. Prosesin elektron həyata keçirilməsi ilə gömrük prosedurlarına sərf edilən vaxt minimum endirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər