25 Aprel 2019 00:42
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Tarix Qurumu tərəfindən ermənilərin uydurma iddialarına tarixi faktlar əsasında tutarlı cavab verən “Ermənilərin Osmanlı dövlətinə qarşı üsyanı, terror və propaqanda” sənədli filmi hazırlanıb.

Teleqraf.com xəbər verir ki, tarixi faktlar əsasında hazırlanmış və 1915-ci il hadisələrini tarixi sübutlarla insanlara çatdıracaq ekran əsərinin sərlövhəsi beş dildə yayımlanıb. Film barədə məlumat verən Türk Tarix Qurumunun rəhbəri, professor Refik Turan ekran əsərində ermənilərin yaratdıqları Hınçak və Daşnak terror birləşmələrinə də toxunulduğunu qeyd edib.

Bildirilib ki, ermənilərin əsirlər boyu tətbiq etdikləri üsul, həyata keçirdikləri və keçirmək istədikləri təxribatlar şiddətə və günahsız insanların öldürülməsinə hesablanıb.

Professor Türkiyənin illərdir erməni məsələsi istiqamətində əhəmiyyətli bir mübarizə apardığını və bu filmin həqiqətlərə işıq tutduğunu qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər