25 Aprel 2019 11:29
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın əvvəlində qar uçqununa düşərək həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Məmmədov Fərrux Fərman oğlunun dəfn mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, Daşkəsən rayonunda keçirilən dəfn mərasimində 2000 nəfərdən artıq rayon ictimaiyyətinin nümayəndələri iştirakı edib.

Qeyd edək ki, 1992-ci il təvəllüldü Fərrux Məmmədov Daşkəsən rayonunda anadan olub. O, ailəli idi, 1 qız övladı yadigar qalıb.

Xatırladaq ki, 04.03.2019-cu il tarixdə, saat 13-00 radələrində Müdafiə Nazirliyinin Daşkəsən rayonu ərazisində yerləşən N saylı hərbi hissənin giziri, 1984-cü il təvəllüldü, Qazax rayonunda anadan olmuş Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq xidmət edən hərbi qulluqçu Məmmədov Fərruz Fərman oğlu döyüş postundan qayıdarkən qar uçqununa düşərək həlak olublar.


Müəllif: Teleqraf.com