25 Aprel 2019 12:25
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2019/2020-ci tədris ili üçün keçiriləcək qabiliyyət imtahanlarının müsabiqə şərtlərində bəzi dəyişikliklər edilib".

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Ali təhsil üzrə Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev "Xüsusi qabiliyyət imtahanları" jurnalının təqdimat mərasimində deyib.

O bildirib ki, dəyişikliyə əsasən, V qrupun ixtisasları üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı 60, qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilən ixtisaslar üzrə qiyməti 6, məqbulla qiymətləndirilən ixtisaslar üzrə isə qiyməti məqbul olan abituriyentlər müsabiqəyə buraxılacaqlar.

Şöbə müdirinin sözlərinə görə, dizayn ixtisası "Təsviri sənət" istiqamətinə daxil edilib: "Bu ixtisas üzrə qabiliyyət imtahanlarında abituriyentlərə imtahan tapşırıqları və imtahan fənləri üçün sərbəst imkanı verilib. Abituriyentlər birinci rəsm imtahanında iştirak etməlidirlər. Dizayn ixtisası üzrə qabiliyyət imtahanları Bakı və Gəncədə keçiriləcək". (report)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər