26 Aprel 2019 10:13
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 11.00-dan 15.00-dək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaqdır.

"Azərişıq" ASC-dən Teleqraf.com-a verilən məlumata görə, fasilə Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədardır.

"Azərişıq" ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir.


Müəllif: Teleqraf.com