27 Aprel 2019 11:28
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında 1997-ci il 10 iyun tarixli Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov tərəfindən vətəndaşların qəbulu keçirilib.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a bildirilib ki, qəbulda agentliyin idarə heyətinin sədr müavinləri, aparatın rəhbəri, müvafiq idarə və şöbə rəisləri iştirak ediblər. Qəbula yazılan 30-dək vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri ayrı-ayrılıqda dinlənilib.

S.Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar cəmiyyətin aidiyyəti struktur rəhbərlərinə göstərişlər verib. Vətəndaşların müraciətlərinin bir qismi elə yerindəcə öz həllini tapıb, digər məsələlər isə araşdırılması üçün qeydiyyata alınıb.

Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında Qanuna uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində vətəndaş qəbulu günlərinin cədvəli təsdiq olunub. Həmin cədvələ əsasən, idarə heyətinin sədri S.Məmmədov tərəfindən hər ayın sonuncu cümə günü vətəndaşların qəbulu keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər