Bu gündən dənizkənarı bulvar ərazisinə giriş və Hökumət Evində yerləşən dövlət qurumlarının fəaliyyəti bərpa edilib.
Teleqraf.com-un məlumatına görə, bulvara girişin qadağan olunması və qurumların işləməməsinin səbəbi Bakıda keçirilən “Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin keçirilməsi olub.
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-Prisi aprelin 26-dan 28-nə qədər davam edib.