30 Aprel 2019 12:43
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) baş verən məşum hadisə bizi terrora "yox" deməyə səsləyir.

Teleqraf.com-un məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 10 il əvvəl baş verən terror aktına görə "faceboook" səhifəsində yazdığı başsağlığında qeyd edib.

Nazir qeyd edib: "Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində törədilən terror aktından 10 il keçir. İnsan tələfatı ilə nəticələnən qanlı qətl hadisəsi zamanı dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir və ailə üzvlərinə başsağlığı verirəm. Bu məşum hadisə şiddətə, terrora yox deməyə, bizi birləşdirən insani dəyərləri daha çox bölüşməyə səsləyir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər