Göygöl rayonunda yol qəzası zamanı ölən iki ailə dəfn edilib.
Ailələrdən biri Gəncə şəhərində, digəri isə Daşkəsən rayonunun Mollahasanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
***
Göygöldə avtomobil qəzası zamanı ölənlər dəfn edilirlər.
Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon Yeni Qızılca kəndi ərazisində baş vermiş avtomobil qəzası zamanı ölənlər Gəncə şəhərində "Səbiskarlıqda" torpağa tapşırılırlar.
Qeyd edək ki, aprelin 29-da Göygöldə "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 8 nəfər ölüb. Bunlar Daşkəsən rayon sakinləri - 1995-ci il təvəllüdlü Eldəniz Gəray oğlu Həsənov, 2018-ci il təvəllüdlü Rübab Eldəniz qızı Həsənova, 1934-cü il təvəllüdlü Firəngiz Dəmir qızı Orucova və 1958-ci il təvəllüdlü Nahidə Qəzənfər qızı Orucova (hamısı "VAZ-2107" markalı avtomobildə olublar), həmçinin 1986-cı il təvəllüdlü Aslan Əbülfət oğlu Camalov, 1949-cu il təvəllüdlü Həmid Səməd oğlu Bayramov, 1995-ci il təvəllüdlü Sevinc Mehman qızı Camalova və 2016-cı il təvəllüdlü Hüseyn Aslan oğlu Camalovdur.
Qəza nəticəsində Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Ruhiyyə Ramiz qızı Həsənova isə xəsarət alıb./Report/