1 May 2019 16:02
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-nin “Show news” verilişi son günlərin əsas müzakirə mövzusu olan prodüser Anar Mədətovun həyat yoldaşından boşanmadan Samirə adlı vizajistlə evlənməsi xəbərinə aydınlıq gətirib.

Teleqraf.com-un məlumatına görə, Anar Mədətov yayılan xəbərlərlə bağlı açıqlama vedib:

“Bu mənim şəxsi həyatımdır. Mənim ailə işimdir, özüm bilərəm və heç kim də mənim ailə işimə qarışa bilməz. Həyatdı, həyat… Həyatda hər şey ola bilər. Sabah başına daş düşə bilər, ölə bilərsən. Cavab budur”.

Anar Mədətov oğlu Mahir Mədətovun soyadını dəyişməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:

“Mahir elə bir şey deyə bilməz, heç kim Mahirə o sualı vermiyib. Kimsə burada xal tutmaq və Mahirin adından danışmaq istəyirsə o, özü özünü biyabır edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər