1 May 2019 17:17
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Rəşad İlyasovun müdafiəsinə vəkil Şahmar Məmmədovun qoşulduğu elan olunub.

Bildirilib ki, Rəşad İlyasovla Rüfət Axundov bu günükü məhkəmə prosesinə gəlməyiblər.

Daha sonra xüsusi ittihamçı Rahim Sadıqlının nümayəndəsi çıxış edib. O qeyd edib ki, “Space TV"də “Hər səhər” verilişində qeyri-etik ifadələr səsləndirilib. Onun sözlərinə görə, hər iki şəxsin cinayət məsluliyyətinə cəlb edilməsini və onların hər birinin 6 ay müddətinə azadlıqdan məhrum olunmalarını istəyib.

Xüsusi ittihamçı Rahim Sadıqlı da vəkili ilə razı olduğunu deyib.

Müğənnilərin vəkilləri isə məhkəmədən xahiş edərək xüsusi ittihamçının şikayətinin təmin edilməməsini istəyib.

Növbəti proses mayın 2-də davam edəcək.

Qeyd edək ki, aprelin 5-də “Space TV"-də “Hər səhər” verilişində müğənni Rüfət Axundovla Rəşad İlyasov qonaq olub.

Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, Rəşad Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib.

Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub.

MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib.

Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək ki, Rüfət Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

Daha sonra vətəndaş Yasamal rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanması tələb edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər