“İnternet əsasən bağlantının rahat olması, sürəti və qiymətlər göstəricisi ilə xarakterizə olunur”. Bu fikirləri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Onun sözlərinə görə, Azərbaycanda bu 3 göstərici üzrə vəziyyət pis deyil: “Ümumdünya İqtisadi Forumunda hesabat açıqlandı və Azərbaycan internet göstəricisinə görə regionda liderliyini qoruyub saxlayıb. Azərbaycanda olan internetin qiyməti demək olar ki, regionda olan dövlətlərin qiymətləri ilə eynidir. Bəzi yerlərdə fərqlər var, bununda əsas səbəbi Azərbaycanda alıcılıq qabiliyyətinin və internetə olan təlabatın yüksək olmasıdır”.
Ə.Abbasov bildirib ki, yaxın zamanlarda Dövlət Neft Fondu ilə birgə optik internet infrastrukturu layihəsi həyata keçiriləcək.
İlhamə