5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində 2 may tarixində Bakı Konqress Mərkəzi “İpək Yolu gənclərin gözü ilə” adlı sərginin açılışına ev sahibliyi etdi.
Teleqraf.com xəbər verir ki, YUNESKO-nun təşkilatçılığı ilə baş tutan sərgidə YUNESKO Baş direktorunun Sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif Azərbaycanın tarixi İpək Yolunun ürəyi olduğunu və sərginin Bakıda keçirilməsindən məmnunluğunu bildirdi.
Daha sonra çıxış edən müsabiqənin fəxri məsləhətçisi, dünya şöhrətli azərbaycanlı fotoqraf Rza Diqqəti diqqətləri İpək Yolu ölkələrindən olan gənc fotoqrafların sərgilənən fotoşəkillərinə çəkdi. Mədəniyyət, ənənə fərqliliyi olsa da, bütöv dünya sakinlərinin gözəlliyinin əks olunduğunu bildirdi. Hər kəsə sülh və savaşsız həyat arzuladı.
Daha sonra müxtəlif ölkələrdən gələn qonaqlar şərgilənən fotoşəkillərlə daha yaxından tanış oldular.
Foto: Pərviz Həşimi