3 May 2019 07:25
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ankaradakı səfirliyi və Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar birgə keçirdikləri elmi məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Teleqraf.com xəbər verir ki, AVİM-də keçirilən mükafatlandırma mərasimində Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Avrasiya Araşdırmalar Mərkəzinin rəhbəri Alev Kılıç, professor Aygün Əttar, Ankaranın elmi ictimaiyyətinin nüfuzlu nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, müsabiqənin məqsədi ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanından irəli gələn məsələlər barədə beynəlxalq elmi ictimaiyyətə daha geniş məlumat verməkdən ibarətdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər