3 May 2019 10:52
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və mədəniyyətlərarası liderlik platforması hər zaman sülh şəraitində yaşamağı təbliğ edir. Planetin bir çox ölkəsindən olan insanların dünyamızı daha yaxşı etmək üçün görülən təşəbbüsləri təqdirəlayiqdir.

Teleqraf.com xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması – BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə müzakirə" adlı plenar sessiyada çıxışında deyib.

O qeyd edib ki, mədəni fərqliliklər müxtəlif qavrayış sayəsində hamımızın bəşəri dəyərlərlə bir araya gəlməyimizə səbəb olur:

"Gənclərin özlərinin çoxsaylı şəbəkələrin yaradılması, bütün mümkün sərhədləri keçmək kimi bacarıqları var. Sülh və harmoniya uğrunda mübarizədə gənclər bəzən idealist, romantik mövqedən çıxış edirlər. Amma bu, çox tənqidi yanaşmadır. Gənclərin dialoqa yaxınlığı hamımızı sülhə və çiçəklənməyə gətirib çıxaracağı məqamdır".

Leyla Əliyeva onu da bildirib ki, təhsil sadəcə bilik, məlumat və bacarıqları peşəkar inkişaf üçün mənimsəməklə bitmir:

"Mənəvi təhsilin əldə olunması da vacibdir. Ailə mühüm təsisatdır. Gənclərin sülhpərvər dünyada yaşamasında, dəyərlərin aşılanmasında əməkdaşlıq və bütün bəşəriyyət üçün rəğbət və hörmətin varlığı əsas vasitədir. Əfsus ki, dünyamızda nifrət, qəzəb, zorakılıq da var. Odur ki, gəncləri müvafiq, doğru-düzgün təlim və tədirslə maarifləndirmək onların tam potensialının reallaşdırılması üçün çox vacib məqamdır. Çünki gənclər insanları tez öyrənmək, eləcə də tonlarla məlumat əldə etmək potensialına malikdirlər. Onlar bizim ekologiya, ətraf mühitin mühafizə olunmasında çox məlumatlıdırlar".

Heydər Əliyev Fondunun vitse-prezidenti əlavə edib ki, gənclərin üzərinə həddindən artıq vəzifə qoyulmamalıdır:

"Bəzən intellektual gənclər belə tam xoşbəxt deyillər. Biz gənclərə dəstək göstərərək daha yaxşı dünyanı yaratmağa nail olmalıyıq ki, bəşəriyyətdən zövq alıb, ahəngdar dünyada yaşasınlar.

Bizim üçün mühüm olan gənclərin enerjisini qüvvətləndirməkdir. Bütün gənclərimiz inkişaf üçün lazımi şəraitlər əldə etməlidirlər. Günümüzün gənclərinin ideyaları, innovasiyaları bizim gələcək planetimizi büsbütün dəyişə bilər.

Amma 617 milyona yaxın gənc hələ də riyazi bacarıqlı biliklərdən əfsus ki, məhrum olub. Gənclər inkişafın təcəssümüdür. Hər bir nəslin gələcəyi əvvəlkilərdən daha qabacıl, humanitar, tolerant, açıq təfəkkürlü olmalıdır. Bu da tarixi təbii təkamüldür. Gəlin, gənclərə öz enerjilərini qlobal problemlərin həllinə yönəltməkdə hamılıqla dəstək göstərək. Vaxt həyatımızın ən mühüm resursudur. Gəlin, onu israf etməyək. Sözlər daim əməllərlə müşayiət olunmalıdır. Unudulmayacaq bir məqam varsa, o da bizim hissiyatımızdır. Bu da hər bir insana verilib. Hər bir insan mühüm fərqə səbəb olub, dayanıqlı, davamlı cəmiyyətin formalaşmasına səbəb ola bilər. Beləliklə də onların bəşəriyyətə olan baxışını müsbət mənada dəyişə bilər.

Əziz dostlar, uşaqlar özləri birbaşa xeyirxah əməlləri etməyə meyillidirlər. Onlar bilir ki, maddi dünya heç də uğur demək deyil. Həyatda ən vacib olan insanların təbəssümü, sağlamlığı, birliyi və bir-birinə olan anlayışıdır. Təmənnasız şəkildə uşaqlara dəstək olmağı hamımıza diləyirəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər