3 May 2019 11:21
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sülh və əmin-amanlıq içərisində yaşamaq üçün bu cür dialoqların, hətta deyərdim, isti söhbətlərin rolu böyükdür".

Teleqraf.com xəbər verir ki, bu sözləri V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Gənclər sülh naminə: şiddətli ekstrimizmə qarşı əks qüvvənin formalaşdırılması – BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə müzakirə" adlı plenar sessiyanın moderatoru Migel Angel Martinos qeyd edib.

Teleqraf.com xəbər verir ki, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Martinos sessiyaya iştirakçılarına minnətdarlığını bildirib. Azərbaycanı nəhəng sülh layihələri ilə əməkdaşlıq üçün mühüm ölkə adlandırıb:

"Bu gün gənclər işıqlı gələcəyimiz üçün öhdəliklərini nümayiş etdirirlər. Bu planetimiz haqda mənfi düşüncələrimizi dəyişmək üçün gözəl fürsətdir. Ekstremizm, nifrətin süqutu üçün çalışmalıyıq. Bu gün Somali və digər ölkələrdə gənclər artıq icmalar qururlar".

Martinos interaktiv sessiya müddətində radikalizm, ekstremizmə qarşı mübarizə, gənclərin uğur mübarizəsinə də geniş yer ayırıb.

Qaçqınların çəkdiyi çətinliklə bağlı sənədli film çəkib Hollivudda nümayiş etdirən Rada Siad da Avropanın bu mövzuda atdığı addımlardan danışıb.

İraqda dağıntılar altında qalmış tikililəri çəkib dünyaya nümayiş etdirən fotoqraf Sara Markoviç iraqlı dinc əhalinin İŞİD-lə mübarizəsini ürək ağrısı ilə vurğulayıb.

Selim Çekaui adlı gənc isə qonaqlara, həbsxanalarla əməkdaşlıq çərçivəsində məhbus terrorçuları düşüncələrindən hansı yollarla daşındırmağın mümkünlüyündən söz açıb. O, öz növbəsində ölkəmizə ən xoş arzularını çatdırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər