3 May 2019 15:37
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Miqrasiya dünyada ən çox müzakirə edilən mövzulardan biridir. Hazırda dünyada heç vaxt olmadığı qədər miqrant var. Statistik məlumatlara görə, dünyada miqrantların sayı 20 milyondan artıqdır".

Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 5-ci Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi" sessiyasında çıxış edərkən deyib.

O, bildirib ki, miqrasiya bu gün bir çox platformalarda müzakirə mövzusuna çevrilib: "Miqrasiya yeni insan təhlükəsizliyi və bəşəriyyətin təhlükəsizliyi məsələsini gündəmə gətirib. Təəssüflər olsun ki, siyasətçilər arasında bu məsələ ətrafında daban-dabana olan fikir ayrılıqları var. Qonşu ölkənin aqressiv siyasəti nəticəsində Azərbaycanda 700 000-dək qaçqın yaşayır. Azərbaycan ən çox məcburi köçkünlərə sahib olan ölkələrdən biridir. Əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamə qəbul edilməsinə baxmayaraq, bu problemin heç bir nəticəsi yoxdur".

Daha sonra V.Hüseynov əlavə edib ki, Azərbaycan hər zaman beynəlxalq öhdəliklərinə sadiq olub: "Fəxr edirəm ki, Azərbaycan hazırda miqrantlar üçün təhlükəsizlik, multikulturialzm və dözümlülük baxımdan əlverişli ölkədir və məskunlaşmanın məkanı kimi qiymətləndirilir. Bu forum beynəlxalq qərarların qəbul edilməsinə töhfə verə bilər. Maraqlı tərəflərlə çalışaraq bu sahədə uğura nail olmaq mümkündür. İnanıram ki, beynəlxalq ictimaiyyət milli səviyyədə müxtəlifliyə təkan verəcək və forum bu istiqamətdə müsbət nəticələrə gətirib çıxaracaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər