4 May 2019 00:40
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda 28,62 ton istifadəyə yararsız qida məhsulu məhv edilib.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Teleqraf.com-a bildirilib ki, istifadəyə yararlılıq müddəti keçmiş 28,62 ton qida məhsulunun məhv edilməsi barədə “Sun Food” MMC tərəfindən Agentliyə müraciət olunub.

AQTA əməkdaşlarının iştirakı ilə yararlılıq müddəti bitmiş ümumi çəkisi 28,62 ton olan müxtəlif növə aid qida məhsulu Sumqayıt Məişət Tullantıları Poliqonunda məhv edilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, saxlama müddəti ötmüş qida məhsulları insan istehlakı üçün istifadəyə yararsız qida məhsulları hesab olunur. Belə məhsulların satışı və istifadəsi yolverilməzdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər