6 May 2019 17:53
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Təranə Səmədova azadlığa çıxıb.

Teleqraf.com xəbər verir ki, o bu gün bu gün Ali Məhkəmənin qərarı ilə azadlığa buraxılıb.

Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaq orqanı tərəfindən T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilmişdi. Təranə bir il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb. İstintaq orqanı tərəfindən T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub.

Bakı Apellyasiya Məhkəməsi də Təranə Səmədova barəsində olan hökmü dəyişdirmədən saxlayıb.

Hazırda prodüsserin işi Ali Məhkəmədə baxılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər