Meşələri gəzir, münasib ağac seçib calaq edirlər.
Teleqraf.com xəbər verir ki, Oğuzun Xaçmaz kənd sakinləri bar verməyən, yabanı ağacların mədəniləşdirilməsi üçün maraqlı aksiya həyata keçirirlər. Təcrübəli calaq vuranlar meşələrdə cırlaşmış meyvə agaclarını tapıb onlara calaq vurular. Məqsəd meşə ərazilərində meyvə verən ağacların çoxalmasıdır.
Ağaclar budanaraq daha tez inkişaf etməsi üçün şərait yaradılır. Kəndlilərin işləri bununlada bitmir. Onlar calaq vurulduqdan sonra agac inkşaf edənə qədər nəzarət edirlər.
Sakinlər deyir ki, aksiyaya başlamazdan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə məsləhətləşiblər. Nazirliyin Qəbələ rayon meşə bərpası müəssisəsinin əməkdaşları da aksiya zamanı kənd sakinləri ilə birgə olub, məsləhətlərini veirirlər.