"Azercell Telekom" MMC yeni "Azercell-Lab" - ödənişli təcrübə proqramını elan edir
Gənclərin peşəkar və fərdi fəaliyyətini dəstəkləmək və Azərbaycanda təhsilin inkişafına töhvə vermək məqsədilə, Azercell yeni "Azercell-Lab"- ödənişli təcrübə proqramını elan edir. “Azercell- Lab” inkubasiya mərkəzi tələbələrə 2 fərqli istiqamətdə seçim etmək imkanı təklif edir: "It-lab" və "Biznes-lab". Beləliklə, iyul ayının 1-dən başlayaraq Azercell bakalavr və magistr tələbələri, həmçinin bakalavr və magistr dərəcələrində ali təhsillərini artıq tamamlamış gənclər üçün "It-lab" və "Biznes-lab" təcrübə proqramlarına qoşulmaq üçün unikal imkan yaradır. Azercell-in "İt-lab" və "Biznes-lab" inkubasiya mərkəzləri tələbələrə fərdi inkişaf və peşəkar mühitdə karyera qurmaq imkanları, şirkət tərəfindən həyata keçirilən layihələrdə iştirak və əvəzolunmaz təcrübə qazanmaq fürsətlərini təklif edir.
Layihənin məqsədi Rəqəmsal Texnologiyalara marağı olan tələbələrə dəstək olmaq və onları telekom sahəsinin ən son yeniliklərləri ilə daha yaxından tanış olmağa dəvət etməkdir. Qeyd edək ki, Azercell-in "IT-lab" və "Biznes-lab" inkubasiya mərkəzləri 6 aylıq ödənişli təcrübə proqramlarıdır. Əlavə olaraq, təcrübəçilər Azercell tərəfindən həyata keçirilən sosial layihələrdə, müxtəlif təlimlərdə və şirkətin korporativ tədbirlərində iştirak etmək imkanına da malik olacaqlar.
Qeyd edək ki, müraciətlərin qəbulu artıq açıqdır və son qəbul tarixi may ayının 20-dir. Seçim prosessini müvəffəqiyyətlə tamamlayanlar iyul ayının 1-dən şirkətdə təcrübəyə başlayacaqlar.
Əgər Sən liderlik keyfiyyətlərinə sahibsənsə, innovativ, çevik və yaradıcısansa , o zaman Biz səni axtarırıq! Komandamıza qoşul və rəqəmsal dünyanın ən son yeniliklərini bizimlə kəşf et! Azercell-lə Rəqəmsal Gələcək qurmaq fürsətini əldən vermə!
Əlavə məlumat üçün https://www.azercell.com/az/company/career/development_oportunities/lab/ səhifəsinə daxil olun.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.