7 May 2019 23:43
535
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan parlamentinin Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Diasporla İş üzrə Dövlət Komitəsində olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, qonaqlar sədr Fuad Muradovla görüşüb.

Görüşdə Gürcüstan Parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan Parlament Dostluq qrupunun sədri Zviad Dzidziquri, Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze, Aqrar məsələlər üzrə Komitə sədrinin birinci müavini, dostluq qrupunun üzvü Gela Samxarauli, Diaspor və Qafqaz məsələləri Komitəsinin və dostluq qrupunun üzvü Mahir Dərziyev, Xarici əlaqələr Komitəsinin və dostluq qrupunun üzvü Ramaz Nikolaişvili, Gürcüstan Parlamentinin beynəlxalq münasibətlər idarəsinin parlamentlərarası əlaqələr şöbəsinin müdiri Ann Marcanidze, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, millət vəkili Əflatun Amaşov iştirak edib.

Qonaqları salamlayan Komitə sədri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmliyi və inkişafından danışıb. Zviad Dzidziquri səmimi qəbula görə Komitə sədrinə təşəkkür edib və Azərbaycanla Gürcüstan arasında sosial-mədəni sahədə əməkdaşlıq barədə geniş fikirlərini bölüşərək, iki olkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Səmimi keçən görüşdə Azərbaycan və Gürcüstan diasporunun qarşılıqlı əməkdaşlığından, parlamentlərarası əlaqələrin möhkəmliyindən və diaspor fəaliyyəti ilə bağlı görülən işlər barədə ətraflı müzakirə aparılıb. Müzakirələrdə müxtəlif layihələrlə bağlı təkliflər səsləndirilib və bunların həyata keçirilməsində işçi qrupunun rolu diqqətə çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər