8 May 2019 20:22
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən“Gənclər kuboku: Aprel zəfəri” layihəsinin 1/8, 1/4, yarımfinal mərhələsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, müxtəlif idman növlərini əhatə edən layihənin final yarışları Ağdam Olimpiya İdman Kompleksində keçirilməsi nəzərdə tutulub.

Ağdam şəhərində layihənin final oyunları yekunlaşdıqdan sonra “İrəli” komandası və layihə iştirakçılarının Ağdam şəhərində yerləşən N saylı hərbi hissəyə gedərək vətən keşiyində duran əsgərlərlə görüşü baş tutacaq. Hərbi hissədə əsgərlərlə görüşdükdən sonra layihənin bağlanışmərasimininAğdam rayon Mədəniyyət Evindəbaş tutması planlaşdırılır.Tədbirdə dövlət rəsmiləri, aprel qazilərinin iştirakı nəzərdə tutulub.

“Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinə daxil olan idman növləri üzrə qalib gələn komandaların nümayəndələri kubok, medal və müxtəlif dərəcəli diplomlar, qiymətli hədiyyələrlə təltif olunacaqlar.


Müəllif: Mənsur Rəğbətoğlu