8 May 2019 19:00
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai BirliklərDini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzovun Heydər Əliyevə həsr olunmuş üç kitabı çapdan çıxıb.

YAP-dan Teleqraf.com-a verilən məlumata görə, S.Novruzovun “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Qurtuluşdan başlayan tərəqqi” və “Xalqla iqtidarın birliyi” adlı kitabları Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Elmi redaktorunun Azərbaycan Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov olduğu “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” adlı kitabda müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin ölkədə siyasi sistemin və tolerantlığın təşəkkül tapmasında, Azərbaycanın Avropaya inteqrasiya olunmasında və iqtisadi baxımdan dirçəlməsində, siyasi plüralizm və demokratiyanın inkişafında rolundan bəhs edən məqalələr toplanıb.

Redaktorunun Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun olduğu “Qurtuluşdan başlayan tərəqqi” adlı kitabda isə ümummilli lider Heydər Əliyevin xalq və dövlət qarşısında misilsiz xidmətlərindən, Azərbaycanın siyasi palitrasında milli siyasi iradəni təmsil edən, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının keçdiyi zəngin və şərəfli inkişaf yolundan, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən bəhs edən müsahibələr yer alıb.


Müəllif: Teleqraf.com