9 May 2019 13:08
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azneft” meydanı yaxınlığındakı yeraltı keçiddəki popkorn satan uşaq məsələsi məni çox təsirləndirdi.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə özünün sosial şəbəkə hesabında bildirib.

Deputat qeyd edib ki, o uşağı oradan aparatı ilə çıxarmaq yox, ona paltar və məktəbli ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi:

“Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi. Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, verdiyimiz puldan ona həmin gün azacıq da olsa, pul qalaydı”.

Qeyd edək ki, Milli Məclisin deputatı Rasim Musabəyov sosial şəbəkə hesabında “Azneft” meydanı yaxınlığındakı yeraltı keçiddə bir uşağın popkorn satmasına etiraz edib. Onun vergidən yayındığını, qanunsuz olaraq elektrik enerjisi işlətdiyini və ətrafı pis qoxu bürüdüyünü bildirib. Nəticədə uşaq popkorn aparatı ilə birgə həmin ərazidən çıxarılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər