6 Sentyabr 2014 09:50
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin “Daily Mail” qəzeti Bakıda ingilis vətəndaşlarından birinin başına gələn hadisə haqqında yazıb.

ANS PRESS-in məlumatına görə, “Daily Mail” qəzetinin sentyabrın 4-də yayımlanan xəbərlərindən birində ingilis vətəndaşın polis tərəfindən saxlanıldığı deyilir.

Hadisə Bakının Nərimanov rayonu ərazisində baş verib. 24 yaşlı ingilis turist Ceyms Andre Yanq Bakıda küçədə gəzərkən "təbii ehtiyacını ödəmək" üçün həyətlərdən birinin arxa baxçasına girməli olub. Daha sonra şalvarını aşağı çəkən turisti ev sahibəsi 33 yaşlı G. H. görüb və dərhal bu haqda polisə məlumat verib. Qadının yarıçılpaq kişinin ona hər hansısa bir zorlama hərəkəti edəcəyindən qorxduğu bildirilir.

Şikayət edilən ünvana gələn polis hasarın yanında şalvarını aşağı endirmiş ingilis turisti saxlayıblar.

Polis bölməsində izahatı alınan Yanq daha sonra sərbəst buraxılıb. Polisin sözlərinə görə, hadisə baş verən zaman Yanq sərxoş olub və həyətin qapısının açıq olduğunu görərək girib.

Qeyd edək ki, yaşanan xoşagəlməz hadisəyə görə ingilis turist qadından üzr istəyib.


Müəllif:

Oxşar xəbərlər