13 May 2019 11:39
436
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2018-ci təqvim ili ərzində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinə 597 şikayət və müraciət daxil olub. Həmin şikayət və müraciətlər üzrə Rəyasət Heyəti tərəfindən ilkin araşdırma nəticəsində 323 (54,1%) müraciət üzə əsas olmadığından intizam icraatının başlanılmayıb, 274 (45,9%) şikayət və müraciət üzrə əsas olduğundan intizam icraatı başlanılaraq araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının ötən ilin yekunlarına dair hesabatında qeyd olunub.

Bildirilib ki, həmin müraciətlərin 33-ü (12%) dövlət orqanlarından, 14-ü (5,1%) qeyri-dövlət orqanlarından və 227-i (82,8%) vətəndaşlardan daxil olub:

"Vəkillərin İntizam Komissiyasında 92 (33,6 %) intizam icraatı üzrə vəkillər tərəfindən peşə borcunu həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun, digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulduğu müəyyən edilib, 72 (26,3 %) intizam icraatı üzrə araşdırma nəticəsində qiymət vermək mümkün olmayıb, 58 (21,2%) intizam icraatı üzrə pozuntu müəyyən edilməyib, 17 (6,2 %) intizam icraatı üzrə icraata xitam verilib, 1 (0,7 %) intizam icraatı üzrə icraat dayandırılmış və 34 (12,4 %) intizam icraatı üzrə araşdırma 2019-cu ildə davam etdirilib.

Rəyasət Heyəti tərəfindən pozuntu müəyyən edilən 71 intizam icraatı üzrə 29 (40,8%) şikayət və müraciətin mahiyyətini, pozuntunun dərəcəsini və digər halları nəzərə alaraq intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq verilməklə kifayətlənib, 9 (12,7%) intizam icraatı üzrə irad tutma, 15 (21,1%) intizam icraatı üzrə töhmət və 12 (16,9%) müəyyən müddətə vəkilin fəaliyyətinin dayandırlması intizam tənbehi tətbiq edilib.

Həmçinin 6 (8,5%) intizam icraatı üzrə Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduğundan Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edilib.

Sonuncu qeyd edilən 6 intizam icraatlarından 5 intizam icraatı vəkillər tərəfindən Vəkillər Kollegiyasına üzvlük haqlarını üzrsüz səbəbdən altı aydan artıq müddətə ödəmədiyindən, digər sonuncu intizam icraatı üzrə isə qərar vətəndaş tərəfindən daxil olmuş şikayət əsasında qəbul edilib.

Göründüyü kimi, 2018-ci il ərzində dövlət orqanlarından daxil olmuş müraciətlər əsasında hər hansı bir vəkilin Kollegiya üzvlüyündən xaric olunması ilə bağlı qərar qəbul edilməyib".


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər