Mədəniyyət Nazirliyi tərəfindən 2009-cu ildən bəri keçirilən (hər iki ildən bir) “Qızıl Kəlmə” ədəbi mükafatının builki qalibləri bəlli olub.
Mədəniyyət Nazirliyindən Teleqraf.com-a bildirilib ki, 2018-2019-cu illər üzrə “Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri aşağıdakı kimi müəyyən edilib:
Nəsr nominasiyası üzrə
Şərif Ağayar, “Arzulardan sonrakı şəhər”;
Mübariz Örən, “Balıq gülüşü”.
Poeziya nominasiyası üzrə
Vaqif Bəhmənli, “Qansız savaş”;
İbrahim İlyaslı, “Şair olmaq zülümdü”;
Salam Sarvan, “Heykəl tənhalığı”.
Ədəbi tənqid və publisistika nominasiyası üzrə
Yaqub Babayev, “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)”;
Abid Tahirli, “Mətbuat: millətin dili, gücü və güzgüsü”.
Orijinaldan bədii tərcümə nominasiyası üzrə
Vilayət Hacıyev, Haynrix Böllün “Kişisiz ev” romanı;
Seyfəddin Hüseynli, Culian Barnsın “Aqibət duyğusu” romanı.
Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə
Reyhan Yusifqızı, “Dostum Mimi”;
Solmaz Amanova, “İlmənin macəraları”;
Rafiq Yusifoğlu, “Nağıl qapısı”.
“Qızıl Kəlmə” ədəbi mükafatı çərçivəsində “Şans” ödülü
Şahanə Müşfiq, “Şahanənin nağılı”;
Sadıq Qarayev, “Sahibsiz kölgələr”.
Qeyd edək ki, mükafatın təqdimatı 17 may 2019-cu il tarixində, saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Qaliblərə diplom, pul mükafatı və xüsusi plaket hədiyyə ediləcək.