“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakı Sərnişin Stansiyasına yeni rəis təyin edilib.
Bu, indiyə qədər ADY-nin Sərnişindaşıma departamentinin baş mühəndisi olan Ramin Abdullayevdir.
O, yeni vəzifəsində ötən ilin oktyabr ayında vəfat etmiş Nizaməddin Eminovu əvəz edib.
Qeyd edək ki, R.Abdullayev Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə “Tərəqqi” medalı ilə təltif olunub./Report/