16 May 2019 13:34
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayon polis şöbəsi dövlət yol polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan iki sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Quba rayon sakinləri Fərid Rzayev və Ramazan Sərkərov müxtəlif vaxtlarda rayonun bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri, eləcə də rayon ərazisində bir-biri yarışaraq qəza şəraiti yaratdıqları məlum olub.

“VAZ 21015” və “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Quba RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib və hər iki sürücü Quba eayon Məhkəməsi tərəfindən 1 ay müddətində inzibati qaydada həbs edilib.


Müəllif: Hacı Zeynalov