Teleqraf.com dünyanın nüfuzlu ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - situasiya bağlı mənşəyi və səbəbi sizə bəlli olmayan nüanslar üzə çıxacaq. Gecikməyə, səhvə, anlaşılmazlığa yol verməmək üçün düşünüb-daşınmadan qərar qəbul etməyin. Dövlət qurumlarına baş çəkmək, rəsmi müraciətlər üçün əlverişli zaman deyil. Yeni işə və ya layihəyə başlayanda ehtiyatlı olun.
Günün ikinci yarısında danışıqlar və müzakirələrdə informasiya sızıntısına imkan verməyin. Xərclərinizlə gəlirlərinizdən çox danışmayın. Müayinə zamanı bisavad həkimdən yanlış diaqnoz eşidə bilərsiniz.
Hüquqlarınızın tapdanmasına imkan verməyin.
Buğa - baş verənləri anlamaq üçün harmoniyaya ehtiyacınız var. Estetik, qastronomik, maliyyə tələblərinizin ödənməsinə can atacaqsınız. Yeni mərhələnin ilkin təzahürlərini ayırd etməyi bacarın. Ən əlverişli variantı seçin.
Günün ikinci yarısında bəzi proseslərin rəsmi statusu olduğunu düşünməyin. Yaxşı tanımadığınız insana məram və niyyətlərinizdən danışmayın. Reklama, bəyanatlara, açıqlamalara heç bir zərurət duyulmur. Bir sıra işləri sakit, ahəstə şəkildə həll etmək olar. Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin.
Əkizlər - mümkün qədər diqqətli olun. İstənilən kiçik səhv kritik ola bilər. İşdə vəzifənizin böyüməsini, karyera inkişafınızı istəyirsinizsə və ya daha çox gəlir əldə etmək istəyirsinizsə, bütün təfərrüatları diqqətdə saxlamaq məcburiyyətindəsiz.
Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanla münasibətləri korlamayın. Daimi tərəfdaş və ya şəriklə əlaqələri inkişaf etdirin.
Kiçik gəlirlər uğursuzluğun acısını unutdura bilməz.
Axşam saatlarında gecikmələrin ola biləcəyini istisna etməyin.
Xərçəng - intuisiyanız pis deyil. Nabədəl olduğunuz insanla, yad situasiyalarla ehtiyatlı olun. Təcrübə qıtlığı duyulan məqamlarda yalnız hissiyata bel bağlamayın. Önəmli sənədləri və məlumatları, açarları və parolu yeni tanışa etibar etməyin.
Günün ikinci yarısında üzərinizdə nəzarətin gücləndiyini hiss edəcəksiniz. Yeni əlaqələr zamanıdır. Xidməti fəaliyyətinizdə inadkar və qətiyyətli olun. Əsla geri çəkilməyin. Axşam saatlarında səfərə, səyahətə yollanmaq məsləhət deyil.
Normal istirahət etməyə çalışın.
Şir - yaşamınızın mübhəm məqamlarını hamıya faş etməyin. Yarımçıq qalan işləri başa vurun. Can atdığınız məqsədi reallaşdırın. Ənənəvi situasiyalardan kənar durumun yaranması, müəyyən proseslərin başa çatması istisna deyil. Yaxın ətrafınızdakı insanlarla normal davranın.
Günün ikinci yarısında rəqiblərin zəifliyindən, səhvlərindən, diqqətsizliyindən istifadə edin. Bədxahların sevinməsinə imkan verməyin. Şəxsi münasibətlərdə kəskin mübahisələrə yol verməyin. Aqressiv və sərt olmayın. Şübhəli simptomları aşkarlayın və onlara dərhal reaksiya verin.
Yalançı, məsuliyyətsiz insanlardan uzaq durun.
Qız - təcrübəli və müdrik insanların məsləhətlərinə qulaq asın. Məişət qayğıları ilə işgüzar məsələləri qarışdırmayın. Sizə dəxli olmayan məsələlərə müdaxilə etməyin.
Problemləri həll etmək üçün yalan danışmayın. Belədə yalnız özünüzü cəzalandırmış olacaqsınız.
Günün ikinci yarısında ən yaxşı məziyyətlərinizdən yararlanın. Arzularınız, niyyətləriniz və planlarınızı bölüşməyə tələsməyin.
Axşam saatları müzakirələr, peşəkar fəaliyyətlə bağlı məsələlərin təhlili və yeni planlara yönəlmiş diskussiyalar üçün əlverişli zaman deyil.
Tərəzi - peşəkar öhdəliklərinizi yerinə yetirin. Məsuliyyətdən yayınmayın. Xidməti yazışmalarda detallara fikir verin. Təlimatlara riayət edin.
Gecikmə, yollarda tıxaclara düşmə, görüşün təxirə salınması, hesablarda səhvlər riski var. Ötənlərdə yaşanmış bir hadisə ilə bağlı xoşagəlməz təfərrüatlar gündəmə gələcək.
Günün ikinci yarısında tərəfdaşlar və şəriklərlə münasibətlərdə qayğıkeş olun. Saxtakarlıqla səmimiyyəti, yaltaqlıqla reallığı ayırın. Yaxın ətrafınızdakı insanlardan birinin davranışında müəmmalar var.
Axşam saatlarında səhhətinizin qeydinə qalın.
Əqrəb - təşəxxüslü və eqoist insan təsiri bağışlayın. Taleyin sınağından üzüağ çıxmağa çalışın. Riskə aludə olmayın. Məqsədə doğru aparan yoldakı tələlərdən və məkrli ssenarilərdən yayının. Problemlərin sayı artacaq.
Günün ikinci yarısında sənədləşdirmədə və hesablamalarda sayıq olun. Xırdalıqları nəzərdən qaçırmayın. Ödənişləri vaxtında gerçəkləşdirin. Peşəkar fəaliyyət sahəsindəki layihəni yarımçıq qoymayın. Sifarişlərlə tapşırıqları vaxtında yerinə yetirin.
Axşam saatlarında faydalı məsləhətlə yanaşı, avantürist təklif də eşidəcəksiniz.
Oxatan - önəmli saydığınız sahədə əhəmiyyətli uğurlar vəd edən əlverişli gündür. Seçdiyiniz yoldan sapmayın: bu yol sizi məqsədə aparır.
Yaxın ətrafınızdakı insanlar sizi günün ikinci yarısında dəstəkləyəcəklər. Amma o vaxta qədər ən ciddi çətinlikləri həll edə bilərsiniz.
Psixoloq kimi davranın. Rəğbət bəslədiyiniz insanın problemlərini anlamağa çalışın. Yeni münasibətlər, tanışlıq başlana bilər. Böyük səyahətə başlamaq, yaşam arealında köklü dəyişikliklər etmək üçün münasib zamandır.
Oğlaq - səfərdə, yazışmada və ya söhbətdə anlaşılmazlıq yarana bilər. Maddi məsələləri vaxtında həll etmək istəyirsinizsə, yalnız öz qüvvənizə və potensialınıza bel bağlayın.
Kiminsə gecikməsi və ya səhlənkarlığı planları poza bilər. Yalan qurbanı olmayın, deyilənlərə sidq ürəkdən inanmayın.
Günün ikinci yarısı yeni əlaqələrin formalaşması, müzakirələr, sövdələşmələr və seçim üçün əlverişli deyil. Özünüzlə çox pul gəzdirməyin. Yeni layihəyə başlamaq fikriniz varsa, ciddi düşünün.
Tələsik addımlar atmayın.
Dolça - mənəvi və maddi məqamlarla bağlı pərişanlığa düçar olmayın. Kollektiv tədbirin təxirə salınması, yalan və ya fırıldaq riski var. Hesablarınızda səhv, gözləntilərinizdə yanlışlıqlar varsa, günahı başqalarında aramayın.
İlkin məlumatlara dərhal inanmayın, yoxlayın.
Günün ikinci yarısında alış-verişdə çox pul xərcləməyin. Vasitəçilərə inanmayın, bütün işləri müstəqil və fərdi şəkildə görməyə çalışın. Aldığınız məhsulların keyfiyyətinə nəzarət yetirin.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - rəqibləri zəif saymayın, problemlərinizin, gerçəkdən də, mürəkkəb olduğunu etiraf edin. Belə olarsa, çox problemlərin öhdəsindən gələ bilərsiniz. Nikbinlik və qüvvələrinizə əminlik imkanlarınızı artıracaq. Uğursuzları sevməyən insanlar sizinlə çalışmaq istəyəcək. Məhsuldar əməkdaşlıq başlana bilər.
Səfər və səyahətə çıxmaq, əcnəbi dili öyrənməyə başlamaq, uzaqdan gəlmiş insanlarla görüşmək üçün əlverişli zamandır. Yeni ideya yarana bilər.
Milli.Az