17 May 2019 09:36
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək.

Teleqraf.com-un məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov Binəqədi rayonunun sakinləri ilə görüşdə bildirib.

Eldar Əzizov bununla bağlı Prezident İlham Əliyevdən xüsusi tapşırıq aldığını vurğulayıb:

"Bir neçə gün əvvəl cənab Prezident məni şəxsən çağırıb və yerlərdə mütəmadi görüşlər keçirməyi tapşırıb. 10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış Komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, yaxın günlərdə sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq".

Rəsmi məlumatlara görə, hazırda təkcə paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən evlərin sayı 700 mindən çoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər