17 May 2019 14:10
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atası Anar Mədətovun başqa qadınla ailə qurmasına sərt reaksiya verərək soyadını Emreli kimi dəyişdirən “Qarabağ” futbolçusu Mahirin İnstaqramda paylaşdığı foto maraqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, futbolçu dayısı Bəxtiyar Emreli ilə birgə çəkdirdiyi fotosuna belə bir qeyd də yazıb: “Sən güləndə həyat gözəldir”.

Qeyd edək ki, Mahir Emreli bir neçə gün öncə jurnalistlərə açıqlamasında soyadını dəyişdirməsinə aydınlıq gətirmişdi: “Babamın soyadı Emrelidir. O, yarı avar, yarı azərbaycanlıdır. Onun soyadını özümə götürmüşəm. Bu soyad məndən başqa bir də dayım oğlundadır. Növbəti mövsümdən formamda “Mədətov” yox, sadəcə “Mahir” yazılacaq”.


Müəllif: Leyla