17 May 2019 17:12
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı halların sayı artırılır.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 40-cı (Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadıldığı hallar) maddəsinə edilən əlavəyə əsasən, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin atasının, anasının, ərinin (arvadının) övladının, qardaşının, bacısının Azərbaycanda müvəqqəti müddəti uzadıldıqda həmin şəxsin də müvəqqəti olma müddəti uzadılır.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirə ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər