Milli Məclisin sədri Oqtay Əsədov Ukraynanın paytaxtı Kiyev şəhərinə səfərə gəlib.
Teleqraf.com xəbər verir ki, Oqtay Əsədov əvvəlcə ümummilli lider Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin heykəli önünə tər çiçəklər düzməklə onun əziz xatirəsini yad edib.
Sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev spikerə park haqqında ətraflı məlumat verib.
Milli Məclisin sədri Kiyev şəhərində insult keçirən Milli Qəhrəman Zabit Quliyevin müalicə aldığı A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna gəlib. Prezident İlham Əliyevin salamlarını çatdıran spiker qeyd edib ki, dövlət başçımızın birbaşa göstərişi və nəzarəti ilə onun müalicəsi nəzarət altındadır. Dövlətimiz müalicə başa çatanadək yardımını əsirgəməyəcək.
Z.Quliyev ona göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Sonra spikerə milli qəhrəmanlarımız haqqında olan kitabı təqdim edib.
O.Əsədovu görüşlərdə Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev müşahidə edib.