7 Sentyabr 2014 21:09
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həftənin ilk iş günü Azərbaycanda hava əsasən yağmursuz keçəcək.

Teleqraf.com-un məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər ki, Bakıda və Abşeron yarımadasında sentyabırın 8-də havanın dəyişkən buludlu olacağı, , yağmursuz olacağı gözlənilir.

Temperaturun gecə 17-22° isti, gündüz 28-33° isti olacağı ehtimalı var. Bakıda gecə 18-20° isti, gündüz 31-33° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75 faiz, gündüz 45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26° isti, Türkan, Hövsan, Şıx, Sahildə 26-27° isti təşkil edəcək.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz olacaq. Temperaturun gecə 18-23° isti, gündüz 31-36° isti olacağı ehtimalı var.


Müəllif: