21 May 2019 14:55
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın şimal regionunda fəaliyyət göstərən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri üçün “Vəkillik etikası: müasir çağırışlar” başlığı altında elmi-praktik seminar keçiriliib.

Teleqraf.com xəbər verir ki, 100-ə yaxın vəkilin qatıldığı tədbir Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” Regional Proqramının birgə təşkilatçılığı ilə baş tutub.

Qeyd olunmalıdır ki, tədbirdə Sumqayıt, Quba, Qusar, Abşeron, Siyəzən, Xızı, Xaçmaz və Şabran rayonlarında fəaliyyət göstərən vəkillər iştirak edirlər.

Seminarı giriş sözü ilə açan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov ilk əvvəl “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanı xüsusilə vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması, habelə "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamın tarixi əhəmiyyəti, vəkilliyin inkişaf etdirilməsində, vətəndaşların keyfiyyətli hüquqi yardıma çatımlılığında rolu barədə öz fikirlərini bölüşmüş. Həmçinin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə Vəkillər Kollegiyası arasında yaranmış sıx əməkdaşlıq əlaqələrinin əhəmiyyəti, GİZ tərəfindən həyata keçirilən tədbirlərin, seminarların vəkillər üçün faydası, o cümlədən GİZ-in Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına verdiyi dəstəyin önəmini vurğulamış, son dönəmlər vəkillik etikası kimi mövzuların vəkillər və onların vətəndaşlar, məhkəmə, hüquq-mühafizə orqanları ilə təması baxımından üçün aktuallığı barədə fikirlərini bölüşüb.

İnteraktiv şəkildə keçirilən seminarda məruzəçi qismində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) peşəkar eksperti, Almaniyanın Hessen vilayətinin Vəkillər Palatasının üzvü, doktor Rudolf Lauda iştirak edib.

Doktor Rudolf Laudanın təqdimat çərçivəsində mühazirəsi dinlənilib, Avropada vəkillərin özünüidarəçiliyi və etikası, vəkilin müstəqilliyi, vəkil sirri, maraqların toqquşmasından qaçınılması, hüquq peşəsinin nüfuzu və digər mövzular ətrafında müzakirələr aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Seminar çərçivəsində həmçinin Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayevin “Vəkillərin öz həmkarları ilə münasibətləri və vəkil sirri” və Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun “Vəkillərin məhkəmə və digər orqanlar ilə münasibətləri” mövzusunda mühazirələri dinlənilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər