Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Qırmızı papaq və Redmüzi" tamaşası nümayiş etdiriləcək.
Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, səhnə əsəri tam fərqli ssenari ilə iyunun 1-2-də 12:00, 15:00 və 18:00 balaca tamaşaçıların görüşünə gələcək.
Biletləri şəhərin kassalarından və iticket.az saytından almaq olar.