23 May 2019 14:14
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayon polis şöbəsinin təşkilatçılığı ilə 5 saylı tam orta məktəbdə şagirdlərlə “Narkomaniya ümumbəşəri bəladır”, “Erkən nigah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Bərdə rayon polis şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayev çıxış edib.

Polis rəisi qeyd edib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə səbəb olan narkomaniya və narkobiznesdir:

"Narkomaniya insanların sağlamlığına, mənəviyyatına ziyan vurmaqla yanaşı, həm də gənclər arasında narkotiklərə aludəçilik hallarının artmasına səbəb olur. Azərbaycan müstəqilliyin bərpasından sonra narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirib. Bu sahədə bir sıra uğurlu tədbirlər görülüb. Bu dəhşətli bəlaya qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə işçiləri birgə mübarizə aparmalıdır".

Daha sonra çıxış edən Bərdə Regional Həkim Ambulatoriyasının rəisi, polis polkovnik-leytenantı Həbib Məmmədov narkotiklərə qarşı mübarizədə profilaktik tədbirlərin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, həmçinin narkotikin mənşəyi, narkomaniya xəstəliyinin tarixi barədə danışıb.

Bildirib ki, narkomaniya cəmiyyətdə ciddi fəsadlar törədir.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər