25 May 2019 13:12
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Azərbaycan dünyada iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdəndir. Əhalinin sosial rifahinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb".

Teleqraf.com "Report"a istinadən xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov 28 May - Respublika günü münasibəti ilə keçirilən çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə Azərbaycanın gələcəkdə müstəqillik qazanması üçün baza meydana gəlmiş olub: "Azərbaycan Respublikası AXC-nin varisidir. AXC qurucuları bu gün sağ olsaydılar bugünkü müstəqil Azərbaycanla fəxr edərdilər".

Baş Nazirin müavini qeyd edib ki, Azərbaycanın diplomatik sferada nailiyyətləri qürur duymaq üçün kifayət qədər əsas verir: "Dövlətimiz digər xarici ölkələrdə uğurlu diplomatik əlaqələr qurub. Azərbaycandakı təhlükəsizlik və əmin-amanlıq xüsusi vurğulanmalıdır. Bunu xalqımız da görür. Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Azərbaycan Heydər Əliyev ideyaları əsasında daha da güclənir, ölkəmiz günü-gündən inkişaf edir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər