25 May 2019 15:16
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atama Xalq şairi fəxri adının verilməsi ilə bağlı sərəncamı oxuduq, çox sevindik”.

Teleqraf.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Xalq şairi Musa Yaqubun oğlu Şəhriyar Yaqubov deyib.

O bildirib ki, atasının səhhəti yaxşı olmadığı üçün zənglərə onun adından cavab verir: “Təbriklər üçün hamıya təşəkkür edirik. Atamın səsi çıxmır. Danışdığını başa düşmək mümkün olmadığı üçün zənglərə cavab verməyi mənə tapşırıb. Xəbəri bizə Rəşad Məcid verdi. Sərəncamı oxuduq, çox sevindik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər