25 May 2019 15:30
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) mayın 20-dən gücləndirilmiş iş rejiminə keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi mayın 30-na qədər davam edəcək. Bu çərçivəsində yaradılmış Kordinasiya Şurasına BNA rəhbərlik edir.

“Oyun ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. Bakı Hava Limanına çarter reysi ilə gələn "Çelsi" və "Arsenal" azarkeşləri üçün isə 40 avtobus ayrılıb”, - deyə o, qeyd edib.


Müəllif: Teleqraf.com