Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat İlham Əliyev TURKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının 5-ci iclasında iştirak etmək üçün mayın 28-dən 31-nə kimi Qırğızıstanın Biskek şəhərində səfərdə olacaq.
Teleqraf.com xəbər verir ki, iclası komissiyanın sədri, Azərbaycanın TÜRKPA-daki nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov açacaq.
Gündəlik təsdiq edildikdən sonra “Təbii sərvətlərin ekoloji cəhətdən səmərəli istifadəsi: hüquqi dəstək” mövzusuna dair müzakirələr aparılacaq və bununla bağlı tövsiyə qərarı layihəsi təsdiq ediləcək.
Toplantıda komissiyanın 6-cı iclasının yeri, tarixi, və gündəliyi də müzakirə olunacaq. Komissiya üzvləri TÜRKPA-nın 10 illik yubileyinə həsr olunmuş foto-sərgi ilə tanış olacaqlar.