"Rəqəmsal İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə may ayndan başlayaraq “Tullantılara ikinci həyat bəxş et” layihəsini həyata keçirir.
İctimai Birliyin sədri Könül Ağayevanın saytımıza veriyi məlumata görə, layihənin əsas mahiyyəti gənc nəsilə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, lazımsız saydıqlarımız əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməklə atılmış əşyalar, tullantı materiallarına yenidən həyat vermək prinsiplərini əsas tutaraq bir qrup gənclərə birlikdə Trash ART – Tullantıdan İncəsənətə adlı kampaniyanın təşkilindən ibarətdir.
Layihənin məqsədi insanları israfdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atma vərdişindən yayındırmaqla tullantıların lazımsız əşyalar toplusu olmadığını, hətta onlardan sənət əsərləri yaratmağın mümkün olduğunu layihə dövründə əyani formada sübut etmiş olacağıq.
Layihə dövründə 3 günlük Trash ART – Tullantıdan incəsənətə adlı təlim təşkil olunacaq. Təlimdə məişət tullantılarından, lazımsız əşyalardan istifadə edərək 30-a yaxın kiçik sənət nümunələri hazırlanacaq. 3 günlük TRASH ART - Tullantıdan incəsənətə adlı təlim xarakterli kampaniyada 25 nəfər gənc iştirak edəcək.
Təlim zamanı hazırlanan 30 (otuz) ədəd kiçik sənət nümunələri Park Bulvar Ticarət mərkəzində gənclərin iştirakı ilə 1 (bir) gün müddətində “İkinci Həyat” adlı sərgi təşkil olunacaq. Sərgidə layihədə iştirak edən gənclərimizin köməyi ilə vətəndaşlara tullantıların düzgün idarə edilməsinə töhfə vermiş olacağıq. Biz bu sərgi vasitəsilə istifadəyə yararsız saydığımız əşyalara təkrar istifadə yolu ilə ikinci həyat verildiyini, məişət tullantıların azaltmaqla ətraf mühiti və təbiətimizi qorumağa təbliğ etməklə gənclərimizi asudə vaxtlarının səmərəli istifadəsinə mesaj vermiş olarıq.
Bununla yanaşı ibtidai sinif müəllimlərinə, şagirdlərə və valideynlərə Məişət tullantılarının təkrar emalı və eləcə də tullantıdan incəsənətə haqqında bukletlər, və eləcə də İngilis, Rus və Azərbaycan dillərində TRASH ART haqqında təqdimat proqramı hazırlanaraq disklərə yazılıb ibtidai sinif müəllimlərinə təqdim olunacaq. Disklərə yazılıb müəllimlərə təqdim olunmaqda məqsəd ondan ibarətdir ki, müəllimlər əlavə məşğələ zamanı bu təqdimatları şagirdlərə nümayiş etdirsin.